Bu gün Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatının III turu keçirilib.
İdman.biz xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveçlə qarşılaşıb.
Yığma asan qələbə qazanıb. Dörd lövhədən yalnız birində heç-heçə qeydə alıb, digərləri həmyerlilərimizin üstünlüyü ilə yekunlaşıb.
Hər iki görüşü qələbə ilə başa vuran qadın şahmatçılardan ibarət milli isə Polşanı məğlub edib. Komandamız iki lövhədə qələbə qazanıb, iki lövhədə heç-heçə oynayıb. Yığma maksimum nəticə ilə lider mövqeyindəki yerini qoruyub.
Avropa çempionatı
III tur
Kişilər
Azərbaycan - İsveç - 3,5:0,5
Teymur Rəcəbov – Nils Qrandelius - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Erik Blomqvist - 1:0
Rauf Məmmədov – Tayqer Hilarp - 1:0
Vasif Durarbəyli – Hampus Sorensen - 1:0
Turnir cədvəli: 1. Almaniya, 2. Fransa, 3. Niderland - hamısı 4 xal... 13. Azərbaycan - 2.
Qadınlar
Polşa - Azərbaycan - 1:3
Monika Soşko - Günay Məmmədzadə - 0,5:0,5
Oliviya Kiolbasa – Ülviyyə Fətəliyeva - 0:1
İolanta Zavadzka – Xanım Balacayeva - 0:1
Alisiya Siviçka – Gülnar Məmmədova - 0,5:0,5
Turnir cədvəli: 1. Azərbaycan, 2. Fransa, 3. Polşa – hamısı 4 xal.
İdman.biz