Bu gün Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, yarışın ilk turunda kişilərdən ibarət Azərbaycan millisi Danimarka ilə qarşılaşıb.
Turnirin bir nömrəli reytinq komandası olan Azərbaycan gözlənilmədən uduzub. İkinci lövhədə Şəhriyar Məmmədyarov ağ fiqurlarla məğlub lolub və bu, yekun nəticəyə təsir göstərib.
Qadın şahmatçılarımız isə Sloveniyadan güclü olublar. İlk iki lövhədə bir məğlubiyyət və bir heç-heçə əldə edən komandamız 3-4-cü lövhələrdəki şahmatçılarımızın sayəsində matçı qələbə ilə başa vurublar.
Avropa çempionatı
I tur
Kişilər
Danimarka - Azərbaycan - 2,5:1,5
Jonas Bjerre - Teymur Rəcəbov - 0,5:0,5
Mads Andersen - Şəhriyar Məmmədyarov - 1:0
Jesper Thibault - Rauf Məmmədov - 0,5:0,5
Byorn Osner - Nicat Abasov - 0,5:,5
Qadınlar
Sloveniya - Azərbaycan - 1,5:2,5
Laura Unuk - Ülviyyə Fətəliyeva - 1:0
Zala Urx - Gövhər Beydullayeva - 0,5:0,5
Nadya Şpanko - Xanım Baladzhaeva - 0:1
Barbara Skukhala - Gülnar Məmmədova - 0:1
Qeyd edək ki, çempionat noyabrın 21-dək davam edəcək.
İdman.biz