4 şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb

Xəbərlər
26 Fevral 2025 09:17
169
4 şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatında 1-ci turun partiyaları oynanılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçılarından Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turda qələbə qazanıb.

Lalə Hüseynova 1-ci turda məğlub olub.

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.

İdman.biz