“Qətər Masters”də 3 qələbə, 2 heç-heçə

Xəbərlər
18 Oktyabr 2023 22:52
139
“Qətər Masters”də 3 qələbə, 2 heç-heçə

Dohada təşkil olunan “Qətər Masters”də VII turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları turu məğlubiyyətsiz başa vurublar.

Yığmanın heyətində Read Səmədov, Vüqar Rəsulov və Gülnar Məmmədova qələbə qazanıb, digərləri heç-heçə ediblər.

VII tur
Əhməd Əhmədzadə - Şamsiddin Vohidov (Özbəkistan) 0,5:0,5
Read Səmədov – Fahad Mohammad Rahman (Banqladeş) – 1:0
Vüqar Rəsulov – Hüseyin Əziz (Qətər) – 1:0
Xanım Balacayeva – Mohammad Nubairşah (Hindistan) – 0,5:0,5
Gülnar Məmmədova – Jeevan Karamsetti (ABŞ) – 1:0

Turnir cədvəli: 1. Arjun Eriqasi (Hindistan) 2. Javohir Sindarov (Özbəkistan), 3. Nodirbek Yakubboev (Özbəkistan) – hər üçü 5,5 xal, 18. Əhməd Əhmədzadə , 34. Read Səmədov – hər ikisi 4.5, 81. Vüqar Rəsulov – 3,5, 129. Xanım Balacayeva – 2,5, 135. Gülnar Məmmədova – 2,5.

Emin Ağa

İdman.biz