Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLİB

Xəbərlər
26 Noyabr 2024 09:26
99
Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLİB

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

İdman.biz xəbər verir ki, əsası 2002-ci ildə qoyulan federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, bu dövr ərzində Naxçıvanda titullu şahmatçılar, Avropa çempionları və mükafatçıları, dəfələrlə Azərbaycan çempionları, bir çox beynəlxalq şahmat turnirlərinin qalibi olmuş şahmatçılar yetişib: “Naxçıvanda saysız hesabsız keçirilən beynəlxalq turnirlər, xüsusən isə dünya şahmatında öz yerini tapmış Naxçıvan Open turnirləri təşkil olunub”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyanın sədri Seymur Talıbov idi. O, Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğludur.

İdman.biz

Məqalədə: