Səfərli Norveç turnirində liderlər qrupunda

Xəbərlər
15 Oktyabr 2023 11:45
150
Səfərli Norveç turnirində liderlər qrupunda

Azərbaycan şahmatçısı Eltac Səfərli Faqernesdə (Norveç) keçirilən turnirdə çıxış edir.

İdman.biz xəbər verir ki, o, səkkizinci turda hindistanlı Mitraba Quha üzərində ağ fiqurlarla qələbə qazanıb. Bu, Eltacın 6 xal toplayaraq lider qrupa düşməsinə şərait yaradıb. Burada dörd iştirakçı var və birinci yerdə ən yaxşı əmsallara sahib olan danimarkalı Mads Andersendir.

Faqernesdə keçirilən yarışda ümumilikdə 76 şahmatçı mübarizə aparır.

Nicat Zəkiyev

İdman.biz