"Vüqar Həşimov şahmat nəzəriyyəsinə böyük töhfələr verib".
İdman.biz xəbər verir ki, bunu Şuşada keçirilən X Vüqar Həşimov Memorialının qalibi Yan Nepomnyaşi deyib.
Rusiyalı qrossmeyster Vüqarın şahmatın inkişafındakı xidmətlərini vurğulayıb: "O, oyunun müxtəlif nüansları üzərində işləyirdi, xüsusilə də Najdorf variantı üzərində. Onun təqdimatı ilə bir çoxları bu debütü oynayırlar. Vüqar həmçinin parlaq hücum şahmatçısı idi".
Qeyd edək ki, Nepomnyaşi Vüqarla keçirdiyi partiyaları da yaxşı xatırladığını bildirib.
Zəki Feyzullayev
İdman.biz