Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli komandanın üzvləriylə görüşüb.
İdman.biz xəbər verir ki, səfirlikdə baş tutan görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti Faiq Həsənov, federasiyanın baş katibi İlahə Qədimova, eləcə də milli komandanın məşqçi heyəti iştirak edib.
Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.
İdman.biz