Bu gün 45-ci Ümumdünya Şahmat Olimpiadasının VII turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bu turda həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Qazaxıstanla qarşılaşıb.
Komandalarımız fərqli nəticələrə imza atıblar. Kişilər 3:1 hesabı ilə qalib gəlsələr də, qadınlar eyni hesabla məğlubiyyət acısı yaşayıblar.
Azərbaycan – Qazaxıstan - 3:1
Aydın Süleymanlı – Denis Maxnev - 1:0
Nicat Abasov – Kazıbek Noqerbek - 0,5:0,5
Rauf Məmmədov – Alişer Süleymanov - 0,5:0,5
Məhəmməd Muradlı – Ramzazan Jalmaxanov - 1:0
Turnir cədvəli: 1. Hindistan – 12 xal, 2. Viyetnam, 3. Çin – 11 xal, 22. Azərbaycan – 8 xal.
Azərbaycan – Qazaxıstan - 1:3
Günay Məmmədzadə – Bibisara Assaubayeva - 0,5:0,5
Ülviyə Fətəliyeva – Meruert Kamalidenova - 0:1
Gövhər Beydullayeva – Kseniya Balabayeva - 0,5:0,5
Gülnar Məmmədova – Alua Nurman - 0:1
Turnir cədvəli: 1. Hindistan – 12 xal, 2. Gürcüstan, 3. Polşa -11 xal, 10. Azərbaycan – 10 xal.
İdman.biz