Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb

Xəbərlər
15 Avqust 2023 15:31
149
Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, yığma bu dəfə Bolqarıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.

Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovadan ibarət komanda Qazaxıstanla isə bərabərə qalıb – 2:2.

Qeyd edək ki, millimiz ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz