Şahmatçımız Fransa çempionu olub

Xəbərlər
10 İyun 2024 12:51
384
Şahmatçımız Fransa çempionu olub

Fransada şahmat üzrə komandalar arasında çempionat keçirilib.

İdman.biz xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan "Bischwiller" ikinci, 27 xal toplayan "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.

İdman.biz

Məqalədə: