Norveçli şahmatçılar Askild Brin və Odin Blikra Vea Ginnesin Rekordlar Kitabına düşüblər.
İdman.biz xəbər verir ki, onlar şahmat taxtası arxasında fasiləsiz 61 saatdan çox vaxt keçiriblər.
Bu, şahmat tarixində ən uzun müddət hesab olunub. Stavangerdə keçirilən şahmat festivalında rəqiblər blitsdə 383 partiya oynayıblar. Yeni rekord 61 saat, 3 dəqiqə və 34 saniyə kimi tarixə düşüb.
Hər iki şahmatçı onlar üçün asan olmadığını, xüsusulə son gecədə çətinlik yaşadıqlarını deyib.
İdman.biz