Nicat Abasovdan növbəti "sülh"

Xəbərlər
14 Aprel 2024 08:58
394
Nicat Abasovdan növbəti "sülh"

Şahmat üzrə İddiaçılar Turnirində II dövrəyə start verilib.

İdman.biz xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə VIII turun oyunları keçirilib.

Azərbaycan şahmatçısı Nicat Abasov Yan Nepomnyaşi ilə üz-üzə gəlib. I dövrədən sonra sonuncu pillədə qərarlaşan 29 yaşlı təmsilçimiz yarışın liderinə qarşı qara fiqurlarla oynayıb və növbəti dəfə xalı yarı bölüb.

İddiaçılar Turniri
VIII tur, 13 aprel

Hikaru Nakamura – Fabiano Karuana - 1:0
Yan Nepomnyaşi – Nicat Abasov - 0,5:0,5
Rameşbabu Praqnanandja – Alireza Firuzya - 0,5:0,5
Vidit Santoş Qujrati – Dommaradju Qukeş - 0:1

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE), 2. Dommaradju Qukeş (Hindistan) - 5, 3. Hikaru Nakamura (ABŞ), 4. Rameşbabu Praqnanandja (Hindistan) – 4,5, 5. Fabiano Karuana (ABŞ) – 4, 6. Vidit Santoş Qujrati (Hindistan) – 3,5, 7. Alireza Firuzya (Fransa) – 3, 8. Nicat Abasov (Azərbaycan) – 2,5.

Qeyd edək ki, şahmatçımız IX turda Fabiano Karuana ilə qarşılaşacaq. Nicat bu dəfə ağ fiqurlarla mübarizə aparacaq.

İdman.biz

Məqalədə: