Rəcəbov Kəlküttədə blits yarışının ilk günündə iki qələbə qazanıb

Xəbərlər
8 Sentyabr 2023 17:21
81
Rəcəbov Kəlküttədə blits yarışının ilk günündə iki qələbə qazanıb

Kəlküttədə "Tata Steel India" turniri çərçivəsində blits yarışlarının ilk günü başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilk turun yekunlarına görə keçirdiyi doqquz oyundan 2 xal toplayıb. O, iki taxta ustasını - Arjun Erigaisi və Pentala Harikrişnanı üstələyib.

Cədvəlin ilk yerində Bakıda keçirilən Dünya Kubokunun finalçısı, Namizədlər Turnirinə vəsiqə sahibi Rameşbabu Praqnanandha yerləşir. Yerli ictimaiyyətin sevimlisi 6,5 xal toplayıb və növbəti yerləri tutan Vidit Qujarati və Aleksandr Qrişuku yarım xal qabaqlayır.

Sabah iştirakçılar blits turnirinin ikinci turunu keçirəcəklər.

Xatırladaq ki, dünən Rəcəbovun ikinci yeri tutduğu "Tata Steel India"da sürətli yarış başa çatıb.

Nicat Zəkiyev

İdman.biz