Beş Azərbaycan şahmatçısı AVRO-da qələbə seriyasını davam etdirir

Xəbərlər
8 Sentyabr 2023 11:27
118
Beş Azərbaycan şahmatçısı AVRO-da qələbə seriyasını davam etdirir

Mamayda (Rumıniya) oğlanlar və qızlar arasında şahmat üzrə Avropa çempionatı geniş vüsət alır.

İdman.biz-in məlumatına görə, yarış İsveçrə sistemi üzrə altı yaş kateqoriyasında (səkkizdən 16 yaşa qədər) doqquz turda keçirilir. AVRO-da Azərbaycan şahmatçıları da iştirak edir.

Üç turdan sonra Məhəmməd Kazımzadə (U-8), Paşam Əlizadə (U-12), Səadət Bəşirli (U-12), Lalə Hüseynova (U-14) və Ayan Allahverdiyeva (U-18) 100 faizlik nəticə əldə ediblər. Onların hərəyə 3 xalı var.

Qeyd edək ki, Allahverdiyeva ötən il gənclər arasında dünya çempionatında fərqlənərək gümüş medal qazanıb.

Nicat Zəkiyev

İdman.biz