Rəcəbov Kəlkütədə keçirilən turnirdə rapid üzrə ikinci yeri tutub

Xəbərlər
7 Sentyabr 2023 17:49
63
Rəcəbov Kəlkütədə keçirilən turnirdə rapid üzrə ikinci yeri tutub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Kəlkütədə keçirilən "Tata Steel India" turnirində rapid üzrə ikinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, sürətli yarışın 9-cu və sonuncu turunda Maksim Vaşye-Laqrav (Fransa) ilə bərabərə qalıb. Bu nəticə Teymura 5,5 xal toplamağa və ikinci yeri qorumağa imkan verib. O, Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha və Aleksandr Qrişuku yarım xal qabaqlayıb. Vaşyer-Laqrav 7 xalla sürətli yarışın qalibi olub.

Sabah "Tata Steel India" iştirakçıları blits turnirinə başlayacaqlar.

---------

16:25

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Kəlküttədə keçirilən "Tata Steel India" turnirində ikinci yeri qoruyub.

İdman.biz xəbər verir ki, o, üçüncü yarış günündə iki dəfə heç-heçə edib: əvvəlcə Dommaraju Qukeşlə, daha sonra isə Hindistanın digər təmsilçisi Arjun Erigaisi ilə. Teymurun 5 xalı var və o, Maksim Vaşye-Laqravdan bir xal yarım geri qalır.

Yeri gəlmişkən, Rəcəbov növbəti, doqquzuncu turda liderə yaxınlaşa bilər - rəqibləri üz-üzə duel gözləyir.

Yarışda Bakı Dünya Kubokunun finalçısı Rameşbaba Praqqnanandha, Pentala Harikrişna, Vidit Santoş Qujarati (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Vinsent Keymer (Almaniya) və Aleksandr Qrişuk (FİDE) daxil olmaqla on qrossmeyster iştirak edir.

"Tata Steel India" sürətli şahmat formatında keçirilir: ilk üç gündə iştirakçılar rapid, 8-9 sentyabrda isə blits oyunları oynayacaqlar.

---------

14:38

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Kəlküttədə keçirilən "Tata Steel India" turnirinin üçüncü günündə ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, o, Dommaraju Qukes (Hindistan) ilə heç-heçə edib. Oyun yeddinci turda birinci başa çatıb. Rəcəbov üçün bu, dörd qələbə və iki məğlubiyyətdən sonra yarışda ilk heç-heçəsidir. Onun 4,5 xalı var və o cədvəlin yuxarı pilləsində qərarlaşıb.

Qrossmeysterimiz daha sonra Arjun Erigaisi (Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) ilə qarşılaşacaq.

Yarışda Bakı Dünya Kubokunun finalçısı Rameşbaba Praqqnanandha, Pentala Harikrişna, Vidit Santoş Qujarati (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Vinsent Keymer (Almaniya) və Aleksandr Qrişuk (FİDE) daxil olmaqla on qrossmeyster iştirak edir.

Tata Steel India sürətli şahmat formatında keçirilir: ilk üç gündə iştirakçılar rapid, 8-9 sentyabrda isə blits oyunları oynayacaqlar.

---------

09:18

Kəlküttədə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Tata Steel India turniri davam edir.

İdman.biz xəbər verir ki, bu gün rapid üzrə üç final mərhələsi baş tutacaq. Qrossmeysterimiz Dommaraju Qukes, Arjun Erigaisi (hər ikisi Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) ilə qarşılaşacaq.

Altı turdan sonra Rəcəbov 4 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Yarışda Bakı Dünya Kubokunun finalçısı Rameşbaba Praqqnanandha, Pentala Harikrişna, Vidit Santoş Qujarati (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Vinsent Keymer (Almaniya) və Aleksandr Qrişuk (FİDE) daxil olmaqla on qrossmeyster iştirak edir.

"Tata Steel India" sürətli şahmat formatında keçirilir: ilk üç gündə iştirakçılar rapid, 8-9 sentyabrda isə blits oyunları oynayacaqlar.

Nicat Zəkiyev

İdman.biz