İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, 14, 16 və 18 yaş kateqoriyaları üzrə təşkil olunacaq yarışda 86 ölkənin şahmatçıları mübarizə aparacaqlar.
Azərbaycan dünya çempionatında səkkiz şahmatçı ilə təmsil olunacaq. Komandaya məşqçi Fərid Abbasov rəhbərlik edəcək.
Yığmanın heyətində Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdi yer alıblar.
Dünya çempionatının ilk turunun partiyaları sabah oynanılacaq. Yarışa iyunun 26-da yekun vurulacaq.
