Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub - FOTO

19 Fevral 2026 19:33
117
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.

İdman.Biz-in məlumatına görə, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.

O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.

A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.

Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

İdman.Biz