Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib - FOTO

17 Fevral 2026 21:34
242
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib - FOTO

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk partiyaları keçirilib.

İdman.Biz xəbər verir ki, yarımfinalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Yaqub Hüseynov edib.

Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı və Məhəmməd Muradlı - Read Səmədov partiyalarında bərabərlik qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva Gülnar Məmmədovanı məğlub edib. Digər partiyada Ayan Allahverdiyeva iki dəfə qayda pozuntusuna yol verdiyinə görə Türkan Məmmədyarova qalib elan edilib.
Sabah Azərbaycan çempionatında cavab oyunları keçiriləcək.

09:43

Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Read Səmədov isə Məhəmməd Muradlı ilə qarşılaşacaq.

Qadınların yarışında isə Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə, Türkan Məmmədyarova isə Ayan Allahverdiyeva ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

İdman.Biz