“Bu, təkcə mənim yox, hamımızın uğurudur” - İlahə Qədimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
26 Dekabr 2025 13:27
67
“Bu, təkcə mənim yox, hamımızın uğurudur” - İlahə Qədimovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra idman xadimləri “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüblər.

Onlardan biri də Azərbaycan Şahmat Federasiyasının baş katibi, ölkəmizin tarixində ən güclü şahmatçılardan biri olan İlahə Qədimovadır.

İdman.Biz İlahə xanımla əlaqə saxlayaraq onun təssüratlarını soruşub:

“Bu xəbər mənim üçün tamamilə gözlənilməz oldu. Hesab edirəm ki, bu, təkcə mənim uğurum deyil — bu, bizim hamımızın, bu il dünya çempionatında gümüş medal qazanan qadın komandamızın ümumi uğurudur. Təbii ki, bu, federasiyamızın prezidenti Mahir Məmmədovun da uğurudur. Onun dəstəyini və qayğısını biz daim hiss edirik”, - deyə İlahə Qədimova bildirib.

İdman.Biz