Qadın şahmat yığmamız dünya çempionatında Gürcüstanla qarşılaşacaq

Xəbərlər
21 Noyabr 2025 11:08
38
Qadın şahmat yığmamız dünya çempionatında Gürcüstanla qarşılaşacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının 1/4 finalında bu gün Gürcüstanla üz-üzə gələcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi bu gün Gürcüstan yığmasına qarşı iki matçlıq seriyada mübarizə aparacaq.

Əgər bu qarşılaşmaların yekununda üstünlük əldə olunmasa, yarımfinalçı sabah keçiriləcək tay-breyk görüşündə müəyyənləşəcək.

Qeyd edək ki, milli komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alır. Komandanın kapitanı İlahə Qədimovadır.

Xatırladaq ki, dünya çempionatı 23 noyabrda başa çatacaq.

İdman.Biz