Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Azərbaycan şahmat millisi dünya çempionatında növbəti iki oyuna çıxacaq - İdman və Biz

Azərbaycan şahmat millisi dünya çempionatında növbəti iki oyuna çıxacaq

Xəbərlər
19 Noyabr 2025 11:12
28
Azərbaycan şahmat millisi dünya çempionatında növbəti iki oyuna çıxacaq

Bu gün Azərbaycanın qadın şahmat millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında növbəti oyunlarına çıxacaq.

İdman.Biz xəbər verir ki, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın yer aldığı, komandanın kapitanı İlahə Qədimova olan milli yığma III turda ABŞ, IV turda FIDE komandası ilə qarşılaşacaq.

A qrupunda FIDE kollektivi 4 xalla liderdir. Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ-nin 2 xalı var. Peru isə xalsızdır.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub - 1,5:2.5.

Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.

İdman.Biz