“Gəncə Open” şahmat festivalı başa çatıb - FOTO

Xəbərlər
18 Noyabr 2025 19:42
29
“Gəncə Open” şahmat festivalı başa çatıb - FOTO

Azərbaycan Şahmat Federasiyası və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, “SOCAR” və “Papatya Park Premuim”un sponsorluğu, “Bəyaz” Şahmat Klubu və “Sirab”ın tərəfdaşlığı ilə keçirilən “Gəncə Open” Şahmat Festivalına yekun vurulub.

İdman.Biz bildirir ki, bağlanış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Şahmat Federasiyasının Birinci Vitse-prezidenti Faiq Həsənov və digər rəsmi şəxslər iştirak edib.

12 ölkədən 300-dən artıq şahmatçının iştirak etdiyi turnirin A qrupunda 7 xal toplayan Leon Mendonca (Hindistan) birinci yeri tutub.

B qrupunda Emil Mehrəliyev 8 toplayaraq bütün rəqiblərini qabaqlayıb. Hərəyə 7,5 xal toplayan Amin Qurbanovla Əlisəfa Zeynallı 2-3-cü yerləri bölüşdürüb.

Rapid yarışında azərbaycanlı şahmatçı Xəzər Babazadə, blits turnirində isə Özbəkistan təmsilçisi Muhammadzohid Suyarov qalib gəlib.

Təmsilçimiz Tunar Davudov ilk Beynəlxalq Usta balını toplayıb.

Festivalın ümumi mükafat fondu 41.200 AZN təşkil edib. A qrupunun qalibi 10.000 AZN, B qrupunda isə ilk yeri tutan şahmatçı 1.100 AZN pul mükafatı qazanıb.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilib.

İdman.Biz