Dünya çempionatı: Azərbaycan şahmat millisi ilk oyunda Perunu qarşılayacaq

Xəbərlər
18 Noyabr 2025 10:44
44
Dünya çempionatı: Azərbaycan şahmat millisi ilk oyunda Perunu qarşılayacaq

Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan yığma ilk olaraq Peru ilə qarşılaşacaq.

Qrupun digər görüşlərində ABŞ İspaniya ilə, FIDE komandası ilə Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Xatırladaq ki, dünya çempionatı noyabrın 24-də başa çatacaq.

İdman.Biz