Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanmaq uğrunda Özbəkistanla qarşılaşacaq

Xəbərlər
31 Oktyabr 2025 13:34
54
Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanmaq uğrunda Özbəkistanla qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

Bu barədə İdman.Biz- Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mötəbər yarışda təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı 4 komandası – Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları iştirak edəcək.

Dünya çempionatına 12-ci vəsiqənin sahibi isə Azərbaycan və Özbəkistan komandalarının matçında məlum olacaq. Mundiala seçmə xarakter daşıyan qarşılaşma noyabrın 1-2-də Bakıdakı “Dinamo” hotelində təşkil olunacaq.

İki gün ərzində rapid yarışının yekununda qalib gələcək komanda dünya çempionatına vəsiqə qazanacaq.

Azərbaycan millisi matçda bu heyətlə çıxış edəcək: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynov olacaq.

Azərbaycan - Özbəkistan görüşünün baş hakimi Faiq Həsənovdur.

Qeyd edək ki, mundial noyabrın 18-23-ü aralığında baş tutacaq.

İdman.Biz