Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Şahmat Federasiyasının vitse-prezidenti: “İkinci yer çox yüksək nəticədir” - İdman və Biz

Şahmat Federasiyasının vitse-prezidenti: “İkinci yer çox yüksək nəticədir”

Xəbərlər
16 Oktyabr 2025 02:22
57
Şahmat Federasiyasının vitse-prezidenti: “İkinci yer çox yüksək nəticədir”

“Son turda qalib gəlsəydik, yenə çempion ola bilməyəcəkdik”.

İdman.Biz Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında deyib.

Həsənov bildirib ki, son illər komandada dəyişiklik olub. Gənc, istedadlı şahmatçılar komandaya cəlb edilib:

“Şahmatçılar Avropa çempionatnda ilk gündən yaxşı oynadılar. Son turdan əvvəl Ukrayna komandasına qalib gəldik. Lakin biz son turda qalib gəlsəydik, yenə çempion ola bilməyəcəkdik. Çünki Ukrayna komandası göstəricilərə görə bizdən üstün idi. Biz gərək 4:0 hesabı ilə udaydıq ki, çempion olaq. Belə hesab nadir hallarda olur.

Bir sözlə, ikinci yer çox yüksək nəticədir. Çünki komandamız son tura qədər məğlub olmamışdı”.

İdman.Biz