Terens Krouford boks tarixinə düşüb

Xəbərlər
14 Sentyabr 2025 13:51
38
Terens Krouford boks tarixinə düşüb

ABŞ-ın professional boksçusu Terens Krouford üç çəki dərəcəsində eyni anda dünya çempionu olaraq unikallığa imza atıb.

İdman.biz xəbər verir ki, sentyabrın 14-də Meksikada keçirilən döyüşdə Krouford Saul "Kanelo" Аlvares üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanıb (116:112, 115:113, 115:113).

Döyüş 12 raund davam edib və amerikalı idmançının triumfu ilə başa çatıb.

Qeyd edək ki, bununla da Krouford ilk dəfə tarixdə dörd əsas kəmərin (WBA, WBC, IBF, WBO) sahibi olaraq birinci yarımorta, yarımorta və ikinci orta çəki dərəcələrində bütün titulları qazanıb və bu nəticəyə imza atan ilk boksçu olub.

İdman.biz