Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Kanelo-Krouford döyüşünün qalibinə unikal hədiyyə veriləcək - FOTO - İdman və Biz

Kanelo-Krouford döyüşünün qalibinə unikal hədiyyə veriləcək - FOTO

Xəbərlər
12 Sentyabr 2025 00:52
154
Kanelo-Krouford döyüşünün qalibinə unikal hədiyyə veriləcək - FOTO

Ümumdünya Boks Şurası (WBC) meksikalı Saul "Kanelo" Alvares və amerikalı Terens Krouford arasında ikinci orta çəkidə (76,2 kq-a qədər) mütləq dünya çempionu adı uğrunda keçiriləcək döyüşün qalibinə unikal hədiyyə təqdim edəcək.

İdman.biz bildirir ki, təşkilat üzərində simvolları olan zərgərlik üzüyünü qalibə verəcək.

Ümumilikdə təxminən 10 karat ağırlığında olan daşlarla bəzədilmiş qızıl məmulatın dəyəri 100 min dollardan çoxdur.

Xatırladaq ki, Kanelo - Krouford döyüşü sentyabrın 14-də Las-Veqasda (ABŞ) baş tutacaq.

İdman.biz