Boksçularımız “Brandenburq kuboku”nda mübarizə aparacaq

Xəbərlər
29 İyul 2025 16:54
48
Boksçularımız “Brandenburq kuboku”nda mübarizə aparacaq

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” start götürəcək.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək beynəlxalq turnirə Azərbaycan millisi 4 idmançı ilə yollanıb.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

İdman.biz