Sahil Babayev lisenziya qazanan boksçularla görüşüb - FOTO

Xəbərlər
15 İyun 2024 14:01
310
Sahil Babayev lisenziya qazanan boksçularla görüşüb - FOTO

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev və İdarə Heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.

ABF-dən İdman.bizə verilən məlumata görə, qurum rəhbəri boksçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarına 5 çəki dərəcəsində lisenziya qazanmasını yüksək qiymətləndirib.

O, əsas hədəfin Olimpiadada qızıl medal qazanması olduğunu vurğulayıb.

Boks üzrə milli komandamızın Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünya üzrə isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.

Boks üzrə millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçularımızın məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər.

İdman.biz

Məqalədə: