Malik Həsənov lisenziya turnirində ikinci qələbəsini qazanıb

Xəbərlər
28 May 2024 12:20
129
Malik Həsənov lisenziya turnirində ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində ikinci döyüşünə çıxıb.

İdman.biz xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçicəsində Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.

Qeyd edək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.

İdman.biz

Məqalədə: