Səidcəmşid Cəfərov Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib

1 Oktyabr 2026 17:23
130
Səidcəmşid Cəfərov Azərbaycan idmançılarının reytinqində birinci pilləyə yüksəlib

Azərbaycan idmançılarının 2026-cı ilin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan boksçu Səidcəmşid Cəfərov (350 xal) birinci pilləyə yüksəlib.

Taekvondoçu Qaşim Maqomedov (305 xal) ikinci, cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (270 xal) üçüncüdür.

Növbəti sıralarda akademik avarçəkmə üzrə Azərbaycan millisi (255 xal), ağırlıqqaldıran İsa Rüstəmov (240 xal), yunan-Roma güləşçiləri İslam Bazarqanov (230 xal), Həsrət Cəfərov (230 xal), sərbəst güləşçilər Arseniy Djioyev (220 xal), Giorgi Meşvildişvili (210 xal) və güləşçi Jalə Əliyeva (200 xal) yer alıblar.

Qeyd edək ki, sentyabr ayında reytinq cədvəli belə olub:

Həsrət Cəfərov (Yunan-Roma güləşi) 480 xal

Giorgi Meşvildişvili (Sərbəst güləş) 460 xal

Arseniy Djioyev (Sərbəst güləş) 420 xal

Səidcəmşid Cəfərov (Boks) 400 xal

Murad Əhmədiyev (Yunan-Roma güləşi) 330 xal

Qaşim Maqomedov (Taekvondo) 305 xal

Ülvü Qənizadə (Yunan-Roma güləşi) 300 xal

Nürəddin Novruzov (Sərbəst güləş) 270 xal

Hidayət Heydərov (Cüdo) 270 xal

İslam Bazarqanov (Sərbəst güləş) 265 xal

İdman.Biz