Azərbaycan boksçusundan qələbə ilə start

Xəbərlər
18 Aprel 2024 20:05
Azərbaycan boksçusundan qələbə ilə start

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq.

Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

İdman.biz