Fyuri qarşıdakı 5 döyüşü açıqlayıb

7 Fevral 2024 18:31
612
Fyuri qarşıdakı 5 döyüşü açıqlayıb

WBC üzrə super ağır çəkidə dünya çempionu Tayson Fyuri gələcəkdə keçirəcəyi 5 görüşü açıqlayıb.

İdman.biz xəbər verir ki, britaniyalı boksçu bu barədə sosial şəbəkədə paylaşım edib.

Zədə üzündən Aleksandr Usiklə döyüşü başqa vaxta keçirilən Fyuri gələcəyi ilə bağlı belə deyib: “Heç bir yerə getmirəm. Heç yerə!”.

Fyuri iki dəfə Aleksandr Usik, iki dəfə həmyerlisi Entoni Coşua və Frensis Nqannu ilə revanş görüşü keçirməyi planlaşdırıb.

Qeyd edək ki, fevralın 17-də Usiklə qarşılaşmalı olan Tayson zədə üzündən döyüşdən imtina etməli olub. Boksçular arasında görüş mayın 18-də Ər Riyadda baş tutacaq.

İdman.biz