Əli Baxışov U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb - FOTO

19 Avqust 2026 11:39
516
Əli Baxışov U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb - FOTO

Azərbaycanın daha bir boksçusu Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli üzvü Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.

İdman.Biz