ABŞ-li qadın boksçu İsis Sio öz həmvətənlisi Joselin Kamarillo ilə döyüş zamanı huşunu itirərək ringdə yıxılıb.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisə onun bədəninə və başına endirilən kombinasiyadan sonra baş verib.
Məlumata görə, ağır zərbələr alan İsis Sio koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Daha sonra həkimlər onu komadan çıxarıblar.
Hazırda 19 yaşlı boksçunun vəziyyəti diqqətlə izlənilir və həkimlər nəzarəti davam etdirir.
