Azərbaycan boksçuları Macarıstanda dörd medal qazanıb - FOTO

23 Mart 2026 11:41
138
Azərbaycan boksçuları Macarıstanda dörd medal qazanıb - FOTO

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan millisi 19 ölkənin qatıldığı yarışda iki gümüş və iki bürünc medal qazanıb.

Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

İdman.Biz