Mayk Tayson ən yaxşı boksçunun adını açıqlayıb

Xəbərlər
26 Dekabr 2023 17:47
Mayk Tayson ən yaxşı boksçunun adını açıqlayıb

Əfsanəvi amerikalı Mayk Tayson karyerasını davam etdirən ən yaxşı boksçunun adını açıqlayıb.

İdman.biz xəbər verir ki, o, yaponiyalı Naoya İnouenu dünyanın ən güclüsü hesab edir.

Asiyalı 4 çəki dərəcəsində dünya çempionudur. O, rinqə çıxdığı 25 döyüşün hər birində qalib gəlib, 22-sini nokautla bitirib.

Qeyd edək ki, 30 yaşlı Naoya İnoue peşəkar boksda 30 yaşında debüt edib.

İdman.biz