Tanınmış azərbaycanlı döyüşçü Xəyal Caniyev peşəkar boksda özünü uğurla sınayaraq karyerasında yeni səhifə açıb.
İdman.Biz xəbər verir ki, döyüş Çelyabinskdə, “Traktor” buz arenasında “RCC Boxing Promotions” gecəsi çərçivəsində baş tutub.
Caniyevin rəqibi təcrübəli boksçu Vasili Podnebesnı olub. Qarşılaşmanın yekununa əsasən hakimlər yekdil qərarla qələbəni Azərbaycan təmsilçisinə veriblər.
Qeyd edək ki, Caniyev muay-tay və MMA çıxışları ilə tanınır, daha əvvəl isə əfsanəvi Buakav Bançameki məğlub etməyi bacaran yeganə azərbaycanlı döyüşçü olub.
