MDB Oyunlarının 16 yaşlı boks üzrə çempionu Bakıda vəfat edib

14 Fevral 2026 22:39
161
MDB Oyunlarının 16 yaşlı boks üzrə çempionu Bakıda vəfat edib

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanov ölüb.

İdman.Biz xəbər verir ki, gənc boksçu paytaxta gəlibmiş və Bakıda vəfat edib.

İdman.Biz hadisə ilə bağlı Azərbaycan Boks Federasiyasına sorğu göndərib.

Azərbaycan Boks Federasiyasından sorğuya cavab olaraq bildirilib ki, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

“6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - federasiyadan qeyd edilib.

İdman.Biz