Qız boksçular arasında Azərbaycan çempionatı başa çatıb - FOTO

14 Fevral 2026 16:40
134
Qız boksçular arasında Azərbaycan çempionatı başa çatıb - FOTO

Qız boksçular arasında U-19 Azərbaycan çempionatı başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın yekununa əsasən beş çəkidə ölkənin ən güclüləri bəlli olub.

Banuçiçək Nəsirli, Əminə Tağı, Zəhra Məmmədova, Aynur İsmayılova və Dəniz Babayeva qızıl medallara sahib çıxıblar.

48 kq

1. Banuçiçək Nəsirli (“Neftçi” İK)

2. Gülər Hüseynova (RİM1)

3. Jasmin Təhməzova (888 BK)

51 kq

1. Əminə Tağı (DİN İC)

2. Laləzar Muradova (Şabran)

3. Ruqiyyə Məmmədli (“AZSport” BK)

54 kq

1. Zəhra Məmmədova (RİM-1)

2. Aylin Nəcəfova (“Neftçi” İK)

3. Zəhra Səlimzadə (“Abşeron” BK), Aysu Mikayılova (Sumqayıt)

60 kq

1. Aynur İsmayılova (Sumqayıt)

2. Səma Hüseynova (888 BK)

3.Mədinə Məmmədova (Gəncə)

70 kq

1. Dəniz Babayeva (Şabran)

2. Leyla Rüstəmova (DİN İC)

3. Lalə Ələsgərova (MOİK)

İdman.Biz