Boks üzrə amerikalı dünya çempionu islam dinini qəbul edib - VİDEO

Xəbərlər
25 Dekabr 2023 14:18
1 116
Boks üzrə amerikalı dünya çempionu islam dinini qəbul edib - VİDEO

Peşəkar boksda 3 çəki dərəcəsində məğlub olmayan dünya çempionu olan amerikalı Cervonta Devis (29-0, 27 KO) islam dinini qəbul edib.

İdman.biz xəbər verir ki, bununla bağlı üç çəki dərəcəsində keçmiş dünya çempionu Badu Cek paylaşım edib.

O bildirib ki, Devis artıq müsəlmandır.

28 yaşılı Cervonta peşəkar rinqdə 2013-cü ildə debüt edib. O, 2017-ci ilin yanvarında (59) IBF titulunu qazanaraq ilk dəfə dünya çempionu olub.

2019-cu ilin dekabrında Devis məşhur kubalı Yuriorkis Qamboanı rinqdə vaxtından əvvəl məğlub edərək yüngül çəkidə - 61,2 kq-da WBA çempionu adını qazanıb. 2021-ci ilin iyununda isə 63,5 kq-da WBA tituluna yiyələnib.

Bu ilin apreldə keçirdiyi son döyüşdə Devis ulduz həmyerlisi Rayan Qarsiyanı nokaut edib.

İdman.biz

Məqalədə: