Tayson Fyuri boksa geri dönəcəyini təsdiqlədi

Xəbərlər
4 Yanvar 2026 17:00
67
Tayson Fyuri boksa geri dönəcəyini təsdiqlədi

Sabiq ağır çəkidə dünya çempionu Tayson Fyuri təqaüdünü bitirərək boksa qayıdacağını rəsmi şəkildə açıqlayıb.

İdman.Biz “The Sun” nəşrinə istinadla xəbər verir ki, Fyuri 2025-ci ilin yanvarında peşəkar karyerasını bitirdiyini elan etmişdi, lakin promouteri Frank Uarren bildirib ki, 37 yaşlı britaniyalı boksçu 2026-cı ildə rinqə qayıtmağı planlaşdırır.

Ən son məlumatlara görə, Fyuri artıq məşqlərə başlayıb və gələn il ringə çıxmaq üçün hazırlıq aparır.

Hazırda onun qayıdışı ətrafında geniş müzakirələr gedir və potensial döyüşlərdən biri də Entoni Joşua ilə qarşılaşma ola bilər.

Furi sosial şəbəkədə yayılan videolarda rinqə qayıtmaq üçün motivasiya və məşqlərini göstərərək, hələ də idmanı sevdiyini, döyüşə hazır olduğunu vurğulayıb.

İdman.Biz