Amerikalı bloqçu və boksçu Ceyk Pol, IBF, WBA, WBO və IBO ağır çəki çempionu, britaniyalı Entoni Coşua ilə döyüşdən sonra sağlamlığından danışıb.
İdman.Biz xəbər verir ki, Pol pərəstişkarlarını Milad bayramı münasibətilə təbrik edib.
“Tanrı böyükdür. Çənə qırılıb, amma beyin və onurğa yaxşıdır. Heç vaxt bu qədər motivasiyalı olmayıb. Dünyadakı hər kəsə Milad bayramı münasibətilə təbriklər. Heç vaxt böyüklük üçün səy göstərməyi dayandırmayın. Çalışmasanız, uğursuzluğa 100% zəmanət verilir”, - Pol özünün sosial media səhifəsində yazıb.
Pol və Coşua arasındakı döyüş 20 dekabr gecəsi ABŞ-ın Mayami şəhərində, “Kaseya” Mərkəzində baş tutub. Döyüş məşhur keçmiş çempionun altıncı raundda nokautla qələbəsi ilə başa çatıb. Coşua Ceyki bir neçə dəfə yıxıb və sonra qalibiyyət zərbəsini endirib.
