“117 kiloya qayıtdım” - Entoni Coşua hazırkı formasını nümayiş etdirib - FOTO

Xəbərlər
25 Dekabr 2025 01:50
36
“117 kiloya qayıtdım” - Entoni Coşua hazırkı formasını nümayiş etdirib

Keçmiş IBF, WBA, WBO və IBO ağır çəki çempionu, Böyük britaniyalı Entoni Coşua hazırkı formasını nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, Coşua 117 kq çəkiyə qayıtdığını özünün sosial media hesabında paylaşdığı yeni fotosu ilə birlikdə açıqlayıb.

“260 funta (117 kq) qayıtdım. Bəziləri deyəcək ki, bu, süni intellektdir”, - Coşua paylaşdığı şəklin altına yazıb.

Coşua 36 yaşındadır. Britaniyalı boksçu 2013-cü ildən bəri peşəkar yarışlarda iştirak edir. Onun rekorduna 26-sı vaxtından qabaq qazanılmaqla 29 qələbə və dörd məğlubiyyət daxildir. O, 2012-ci il Olimpiya çempionudur.

Sonuncu döyüşündə Coşua Ceyk Pol ilə qarşılaşıb. Coşua və Pol arasındakı döyüş 20 dekabr gecəsi ABŞ-ın Mayami şəhərində, “Kaseya” Mərkəzində baş tutub. Döyüş məşhur keçmiş çempionun altıncı raundda nokautla qələbəsi ilə başa çatıb. O, Ceyki bir neçə dəfə yıxıb və sonra qalibiyyət zərbəsini endirib.

İdman.Biz