Ağacan Abiyevin şərəfinə boks turniri yekunlaşıb - FOTO

Xəbərlər
19 Dekabr 2025 21:02
100
Ağacan Abiyevin şərəfinə boks turniri yekunlaşıb

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar Elm Xadimi”, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş boks üzrə turnir bu gün – 19 dekabr 2025-ci il tarixində final mərhələsi ilə başa çatıb.

İdman.Biz bildirir ki, final qarşılaşmaları saat 15:00-da başlayıb. Turnir çərçivəsində 17 çəki dərəcəsi üzrə görüşlər baş tutub və idmançılar yüksək səviyyəli mübarizə nümayiş etdiriblər.

Daha sonra keçirilən ilkin mükafatlandırma mərasimində qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunub.

İdman.Biz