Ağacan Abiyevin şərəfinə boks turnirinin final mərhələsi keçiriləcək

Xəbərlər
18 Dekabr 2025 21:10
63
Ağacan Abiyevin şərəfinə boks turnirinin final mərhələsi keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar Elm Xadimi”, “Şöhrət”, “Şərəf” və I dərəcəli “Vətənə xidmətə görə” ordenli, professor Ağacan Abiyevin şərəfinə həsr olunmuş boks üzrə turnirin final mərhələsi 19 dekabr 2025-ci il tarixində keçiriləcək.

İdman.Biz bildirir ki, final qarşılaşmaları saat 15:00-da baş tutacaq. \

Həlledici görüşlərdə müxtəlif çəki dərəcələri üzrə turnirin ən güclü boksçuları qalib adı uğrunda mübarizə aparacaqlar.

Saat 16:00-da ilkin mükafatlandırma mərasimi keçiriləcək, turnirdə fərqlənən idmançılara diplom və mükafatlar təqdim olunacaq.

İdman.Biz