Keçmiş üçqat UFC tituluna iddialı döyüşçü və analitik Çeyl Sonnen Entoni Coşua ilə Ceyk Pol arasında qarşıdan gələn döyüş haqqında danışıb.
İdman.Biz xəbər verir ki, döyüş 19-20 dekabr gecəsi ABŞ-ın Mayami şəhərində baş tutacaq.
“Bu, həyatımdakı ən aşkar idman nəticəsidir. Daha proqnozlaşdırıla bilən nəticəsi olan bir hadisəni xatırlaya bilmirəm. Hətta şanslar belə bunu tam əks etdirmir, çünki insanlar döyüşün gerçək olduğuna şübhə edirlər. Amma mən inanıram ki, bu, gerçəkdir. Heç kəs, hətta Ceyk Polun qardaşı belə, Ceykin boksda Coşuaya qalib gələcəyinə inanmır” - Sonnen YouTube-dakı “The Ariel Helwani Show” verilişində deyib.
