“Dubaya çempionluq titulu üçün getmişdim” – Sübhan Mamedovun İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

Xəbərlər
14 Dekabr 2025 11:27
77
“Dubaya çempionluq titulu üçün getmişdim” – Sübhan Mamedovun İDMAN.BİZ-ə AÇIQLAMASI + VİDEO

Dubayda başa çatan boks üzrə dünya çempionatında 19 yaşlı azərbaycanlı boksçu Sübhan Mamedov (48 kq) rusiyalı Edmond Xudoyanı məğlub edərək dünya çempionu olub.

İdman.Biz Ağcabədi rayonundan olan Sübhan Mamedovla əlaqə saxlayaraq yarış barədə fikirlərini öyrənib.

“Dubaya çempionluq titulu üçün getmişdim və ilk döyüşdən çempionluğa köklənmişdim. İstənilən başqa nəticəni şəxsən uğursuzluq hesab edərdim”, - deyə çempion bildirib.

Qələbədən sonra onu ilk olaraq Ağcabədidən valideynləri zəng vuraraq təbrik ediblər.

“Onlar bütün turnir boyu mənə dəstək olublar”, - deyə Sübhan Mamedov əlavə edib.

Qeyd edək ki, erməni əsilli Rusiya idmançısını məğlub edərək boks üzrə dünya çempionu olan azərbaycanlı boksçu Sübhan Mamedova çempionluq kəmərini UFC təşkilatının orta çəkidə dağıstanlı çempionu Həmzət Çimayev təqdim edib. Sübhan Mamedov bu çempionluğa görə 300 min dollar qazanıb.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: