Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
İdman.Biz-in məlumatına görə, idmançı həlledici qarşılaşmada Rusiya təmsilçisi olan erməniəsilli Edmond Xudayanı məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi turnirdə 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatını bürünc medalla başa vurublar.
